"Zirə" mövsümün ikinci yarısı üçün hazırlıqlara start verib.
Sportarena.az xəbər verir ki, Rəşad Sadıqovun komandası bu gün Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşqə çıxıb.
Qeyd edək ki, yanvarın 5-də təlim-məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yollanacaq "Zirə" qardaş ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırıb. Paytaxt təmsilçisi yanvarın 13-də Macarıstanın “Peç”,20-də Polşanın “Qurnik”(Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq.