Futzal millimiz boş tribunalar qarşısında oynaya bilər

12:51 3 Yanvar 2022

Niderlandda keçirilməsi planlaşdırılan futzal üzrə Avropa çempionatının oyunlarında azarkeşlər iştirak etməyə bilər. Azarkeşlərin yarış zamanı tribunalara buraxılmama ehtimalı böyükdür. Bu barədə “vesti.kz” saytı məlumat yayıb.
 
Buna səbəb Niderlandda koronavirusun omikron ştamının yayılma riskinin yüksək olması və karantin rejiminin tətbiqidir. Avropa çempionatının təxirə salınması da istisna olunmur. Yarışla bağlı yekun qərar yanvarın 10-dək açıqlanacaq.
 
Avropa çempionatına Azərbaycan millisi də qatılacaq. Milli komanda D qrupunda Bosniya və Herseqovina, Gürcüstan və İspaniya ilə üz-üz gələcək. 19 yanvar-6 fevralda keçirilməsi planlaşdırılan çempionatda ilk dəfə 16 komanda iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti