“Monako” baş məşqçini istefaya göndərdi

13:11 3 Yanvar 2022

Fransanın "Monako" baş məşqçisi Niko Kovaçı istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Fransa Liqa 1 təmsilçisnin mətbuat xidməti məlumat yayıb. Yeni baş məşqçi açıqlanana qədər komandanı Stefan Nado çalışdıracaq.

 

Qeyd edək ki, Kovaç 2020-ci ilin yanvarında "Monako"nun baş məşqçisi təyin olunmuşdu. "Ağ-qırmızılar" onun rəhbərliyi altında ölkə çempionatında 19 turdan sonra 29 xalla 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti