"Çelsi"nin yarımmüdafiəçisi Hakim Ziyex Afrika kubokunda iştirak etməyəcək.
Buna səbəb onun Mərakeş millisinin baş məşqçisi Vahid Halilhodjiçlə ötən ilin sentyabrında münaqişə yaşamasıdır.
Həmin hadisədən sonra o, zədəli olduğunu bəhanə gətirərək millidə məşq etmək və oynamaqdan imtina edib. Bu səbəbdən baş məşqçi onun adını Afrika kuboku üçün iştirak ərizəsinə salmayıb.