Ronaldo da koronavirusa yoluxdu

14:53 3 Yanvar 2022

Braziliyanın “Kruzeyro” və İspaniyanın “Valyadolid” klublarının prezidenti Ronaldo koronavirusa yoluxub. Bu barədə “Kruzeyro”nun mətbuat xidməti məlumat yayıb.
 
Ötən gün "Kruzeyro"nun 101 yaşı tamam olub. Ronaldonun məhz xəstəliklə əlaqədar klubun ad gününə həsr olunmuş tədbirlərdə iştirak etmədiyi açıqlanıb.
 
Qeyd edilir ki, Ronaldo özünü təcrid edib, o özünü yaxşı hiss edir. Futbol üzrə ikiqat dünya çempionu xəstəliyi yüngül keçirir, onda COVID-19-un yüngül əlamətləri müşahidə edilir.


Digər xəbərlər

Xəbər xətti