UEFA Abbas Hüseynovun qolunu paylaşdı

15:35 3 Yanvar 2022

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Paylaşımda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun 3-cü turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da onların arasında yer alıb.

Xatırladaq ki, "Qarabağ" həmin görüşdə Abbasın 90+1-ci dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.


Xəbər xətti