İngiltərənin “Arsenal” komandası Premyer Liqanın 21-ci turunda “Mançester Siti”yə uduzub – 1:2. London təmsilçisi qarşılaşmanın 59-cu dəqiqəsində azlıqda qalıb. “Arsenal”ın futbolçusu Qabriel kobud oyuna görə qırmızı vərəqə alaraq meydanı tərk edib.
“Arsenal” Premyer Liqa tarixində futbolçuları ən çox “qırmızı” alan komandadır. Belə ki, “topçular”ın futbolçuları buna qədər çempionatda 100 dəfə “qırmızı” alıb.