Məsut Özil Türkiyədə klub alır

09:48 4 Yanvar 2022

"Fənərbaxça"nın ulduz futbolçusu Mesut Özil Türkiyədə klub almaq istəyir.

 

Sportarena.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Çorum" klubunun sahibi olmaq niyyətindədir. Bu barədə Almaniyanın "Bild" nəşri məlumat yayıb. Təcrübəli futbolçu bunun üçün 20 milyon lirə ödəməyə hazırdı.

 

Qeyd edək ki, hazırda Türkiyə 2-ci Liqasında mübarizə aparan "Çorum" klubu 6-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti