"Monako"nun yeni baş məşqçisinin adı müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Liqa 1 təmsilçisinin baş məşqçi postu Filipp Klemana tapşırılıb.
47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Kleman son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb. O, “Monako”da istefaya göndərilən Niko Kovaçı əvəzləyib.