Araz Abdullayev oynadı, komandası məğlub oldu

13:24 4 Yanvar 2022

Futbol üzrə Kipr çempionatında 15-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin formasını geyindiyi "Etnikos" doğma meydanda "Doxa" ilə qarşılaşıb. Matç qonaqların 1:0 hesablı qələbəsiylə başa çatıb.

 

Araz da bu görüşün iştirakçısı olub. 29 yaşlı yarımmüdafiəçi 64-cü dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 82-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

 

"Etnikos" 15 turdan sonra 8 xalla 12 komanda arasında sonuncu pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti