Mbappe Çempionlar Liqası matçlarından sonra "Real"la müqavilə bağlayacaq

16:01 4 Yanvar 2022

PSJ-nin futbolçusu Killian Mbappe Çempionlar Liqasının matçlarından sonra "Real"la müqavilə imzalayacaq.

Bu barədə "El Chiringuito TV" məlumat yayıb. Bildirilir ki, Madrid təmsilçisi keçidə heç nəyin mane olmayacağına əmindir. Qeyd olunub ki, artıq tərəflər arasında razılıq əldə olunub, sadəcə imzalamaq qalıb. Çempionlar Liqasının 1/8 mərhələsində PSJ - "Real" matçlarından sonra müqavilə imzalanacaq.

Xatırladaq ki, Mbappe 2017-ci ildə "Monako"dan PSJ-yə keçib. Onun klubu ilə müqaviləsi bu ilin iyunu başa çatır.


Xəbər xətti