“Neftçi”nin legioneri koronavirusa yoluxub

00:54 5 Yanvar 2022

“Neftçi”nin yarımmüdafiəçisi Mamadu Kane koronavirusa yoluxub.

Sportarena.az xəbər verir ki, qvineyalı futbolçu hazırda ölkəsinin milli komandasının düşərgəsindədir. Bu barədə Qvineyanın firawasport.com portalı məlumat yayıb.

Kane ilə yanaşı, bir neçə komanda yoldaşında da koronavirus aşkarlanıb. Hazırda onların karantinə alındığı bildirilir.

Kane müqavilə ilə Yunanıstanın “Olimpiakos” klubuna məxsusdur. O, “Neftçi”də bu mövsümün sonuna qədər icarədədir.


Digər xəbərlər

Xəbər xətti