Anxel Korrea 2026-cı ilin iyununa qədər "Atletiko"da oynayacaq

01:44 5 Yanvar 2022

"Atletiko" futbolçusu Anxel Korrea ilə müqaviləni yeniləyib.

26 yaşlı hücumçu ilə müqavilənin müddəti 2026-cı ilə iyununa qədər uzadılıb.

Qeyd edək ki, argentinalı oyunçu 2015-cı ilin yanvarından Madrid təmsilçisində oynayır. O, bu mövsüm meydana çıxdığı 25 matçda 7 qol vurub, 4 qolun ötürməsini verib.


Xəbər xətti