Canluici Buffonda koronavirus aşkarlandı

03:10 5 Yanvar 2022

İtaliyanın “Parma” komandasının qapıçısı Canluici Buffon koronavirusa yoluxub. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yeni ildə məşqlər bərpa olunduqdan sonra 43 yaşlı qolkiperdən götürülmüş COVİD-19 testi pozitiv çıxıb. Oyunçu təcrid olunub.
 
İtaliya yığmasının keçmiş qapıçısı bu mövsüm B Seriyasında 18 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti