FİFA ilin ən yaxşı qapıçısı adına namizədləri adını açıqladı

11:04 6 Yanvar 2022

FİFA 2021-ci ilin ən yaxşı kişi və qadın qapıçısı adına namizədlərin sayını azaldıb.

Sportarena.az xəbər verir ki, kişilər arasında bu ada Canluici Donnarumma (İtaliya, PSJ), Eduard Mendi (Seneqal, “Çelsi”) və Manuel Noyer (Almaniya, “Bavariya”) iddia edir.

Ötən ilin ən yaxşısı olmağa namizəd qadın qolkiperlər isə bunlardı: Ann-Katrin Berger (Almaniya, “Çelsi”), Kristiana Endler – (Çili, PSJ/"Lion"), Stefani Labbe (Kanada, “Rusenqord”/PSJ).

​Xatırladaq ki, “The Best” mükafatı yanvarın 17-də təqdim ediləcək.


Digər xəbərlər

Xəbər xətti