"Sumqayıt" klubu heyətdə yalnız yerli futbolçuların oynamaları ilə bağlı strategiyasını dəyişməyəcək.
Sportarena.az report-a istinadən xəbər verir ki, bu barədə "gənclik şəhəri" təmsilçisinin prezidenti Riad Rəfiyev yeni baş məşqçi Aleksey Baqanın təqdimat mərasimində açıqlama verib.
Funksioner son 3 ildəki nəticələri yerli futbolçularla qazandıqlarını xatırladıb: "Ona görə də hazırda planımızda belə şey yoxdur. Heç bir əcnəbi futbolçu ilə danışmamışıq. Bundan sonra da yerli futbolçularla davam edəcəyik".