“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Marsel “Olimpik”i futbolçusu Cordan Amavini icarəyə verib. Fransa klubu müdafiəçisini Liqa 1-in digər təmsilçisi “Nitsa”ya icarəyə verib.
Bu barədə Marsel təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu mövsümün sonuna qədər “Nitsa”da çıxış edəcək.
Amavi 2018-ci ilin yayından “Olimpik”də çıxış edirdi. O, bu mövsüm sözügedən komandada cəmi 4 oyuna çıxıb.
“Qarabağ”ın Marsel “Olimpik”i ilə ilk oyunu fevralın 17-də Fransada keçiriləcək. Komandalar arasındakı cavab oyunu isə bir həftə sonra Bakıda baş tutacaq.