"Beşiktaş" baş məşqçi ilə bağlı qərarını verdi

19:20 6 Yanvar 2022

Türkiyənin "Beşiktaş" klubu baş məşqçi ilə bağlı qərarını verib.

 

Sportarena.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunadək Önder Karaveli ilə yola davam edəcək.

 

Qeyd edək ki, 47 yaşlı mütəxəssis Sərgən Yalçının istefasından sonra bu posta müvəqqəti olaraq təyin olunub. "Qara qartallar" onun rəhbərliyi altında Türkiyə Super Kubokunu qazanıb.


Digər xəbərlər

Xəbər xətti