Türkiyə Super Kubokunun finalında 2011-ci ildə keçirilməli olan və təxirə salınan "Beşiktaş" – "Fənərbaxça" matçı Bakıda oynanıla bilər.
Sportarena.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener öz tvitter səhifəsində paylaşım edib. O bildirib ki, bu matç Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Qeyd edək ki, 2011-ci ildə "Fənərbağça" Türkiyə Super Liqasının, "Beşiktaş" isə ölkə kubokunun sahibi olub.