İtaliya çempionatı : “Milan” “Roma”ya qalib gəldi, “Yuventus” “Napoli” ilə heç-heçə etdi

12:23 7 Yanvar 2022

Futbol üzrə İtaliya A Seriyasında 20-ci turun oyunları keçirilib. Turun bütün qarşılaşmaları bu gün keçirilməli olsa da, onlardan bəzisi baş tutmayıb.
 
“Sampdoriya” doğma meydanda “Kalyari”yə, “Spetsiya” isə “Verona”ya uduzub. Altı qolun qeydə alındığı “Latsio” – “Empoli” matçında qalib müəyyənləşməyib. “Sassuolo” – “Cenoa” matçı da bərabərliklə yekunlaşıb.
 
“Milan” doğma meydanda “Roma” ilə qarşılaşıb. Dörd qolluq qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.
 
Turun mərkəzi görüşü Turində baş tutub. “Yuventus” burada “Napoli” ilə üz-üzə gəlib. Tərəflər bu oyunda hərəyə 1 qol və 1 xalla kifayətlənib.
 
Bu tur keçirilməli olan “Salernitana” – “Venetsiya” matçı meydan sahibi komandanın heyətində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.
 
“Fiorentina” – “Udineze”, “Atalanta” – “Torino” və “Bolonya” – “İnter” matçları da koronavirusa görə baş tutmayıb.
 
İtaliya A Seriyası
20-ci tur
 
Sampdoriya – Kalyari 1:2
Qol: Qabbyadini, 18 – Deyola, 55. Pavoletti, 71.
 
Latsio – Empoli 3:3
Qol: İmmobile, 14. Milinkoviç-Saviç, 66; 90+3 – Bayrami, 6. Zurkovski, 8. Di Françesko, 75.
 
Spetsiya – Verona 1:2
Qol: Erliç, 85 – Kaprari, 59; 77.
 
Sassuolo – Cenoa 1:1
Qol: Berardi, 55 – Destro, 7.
 
Milan – Roma 3:1
Qol: Jiru, 8-pen. Messias, 17. Leao, 82 – Abraham, 40.
 
Yuventus – Napoli 1:1
Qol: Kyeza, 54 – Mertens, 23.


Digər xəbərlər

Xəbər xətti