"Barselona" müdafiəçisini itirdi: 3 həftə oynamayacaq

16:24 7 Yanvar 2022

İspaniyanın "Barselona" klubunun heyətində ciddi itki baş verib.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisinin mərkəz müdafiəçisi Ronald Arauxo sıradan çıxıb. Bu barədə La Liqa klubunun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, Arauxo İspaniya Kubokunun "Linares"ə qarşı keçirilən matçında (2:1) əlindən zədələnib. 22 yaşlı müdafiəçi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Xəbər xətti