Dieqo Kosta klubsuz qaldı

13:32 8 Yanvar 2022

"Atletiko Mineyro" futbolçusu Dieqo Kosta ilə ayrıb.

Sportarena.az xəbər verir ki, 34 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib. O, azad agent statusu alıb.

Kosta "Atletiko Mineyro"da bu mövsüm Braziliya A Seriyasını və ölkə kubokunu qazanıb. O, bu komandanın heyətində 19 matçda 5 qol vurub. 


Digər xəbərlər

Xəbər xətti