Bu gün Azərbaycanda qış transfer pəncərəsi açılıb.
Klublar 2021/22 mövsümünün qış fasiləsindəki transferləri bu gündən qeydiyyatdan keçirə bilərlər.
Peşəkar Futbol Liqasının qərarına əsasən, bu transfer dövrü 31 günü əhatə edəcək. Klublar yeni oyunçularının keçidini fevralın 9-dək rəsmiləşdirə biləcəklər.