Qazaxıstan Super Kuboku ləğv olundu

14:20 10 Yanvar 2022

Qazaxıstan Super Kuboku uğrunda keçirilməli olan matç ləğv edilib.

 

Sportarena.az xəbər verir ki, ölkədəki siyası vəziyyətə görə belə qərar verilib. Matçın mövsümün gedişində vaxt olacağı təqdirdə keçirilməsinin mümkün olduğu qeyd edilib. Ancaq belə olacağı təqdirdə, yarışda 4 yox, 2 klub mübarizə aparacaq.

 

Qeyd edək ki, Superkubok oyunları fevralın 24-də Nur-Sultanda başlamalı idi. Yarışda "Tobol", "Astana", "Kayrat" və "Kızıljar" iştirak etməli idi. Ancaq Qazaxıstanda yanvarın 19-dək fövqəladə vəziyyət rejimi tətbiq edilib.


Digər xəbərlər

Xəbər xətti