Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını bitirdi

10:52 11 Yanvar 2022

Millimizin sabiq qapıçısı Kamran Ağayev karyerasını başa vurub.

36 yaşlı qolkiper ötən gün qərarını çıxış etdiyi "Səbail" klubunun rəhbərliyinə bildirib.

Qeyd edək ki, 2008-2018-ci illərdə millimizdə çıxış edən Ağayev 78 oyunda meydana çıxıb. O, "Şəfa", "Turan", "Xəzər Lənkran", "Bakı", "Qəbələ", "Kayserisorpo", "Karşıyaka" (hər iki Türkiyə), "İnter" (Bakı), "Boavişta" (Portuqaliya), "Mlada Boleslav" (Çexiya) və "Keşlə"də də çıxış edib.


Digər xəbərlər

Xəbər xətti