“Çelsi” “Tottenhem”ə qalib gələrək finala yüksəldi

Sportarena.az      13 Yanvar 2022 , 14:54
Futbol üzrə İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub. İki oyunun nəticəsinə əsasən “Tottenhem”i üstələməyi bacaran “Çelsi” həlledici matça vəsiqə qazanıb.
 
“Çelsi” bir həftə öncə doğma meydanda baş tutan ilk oyunda “Tottenhem”ə 2:0 hesabıyla qalib gəlmişdi. Bu gün “Tottenhem”in stadionunda baş tutan növbəti London derbisində də yenə “zadəganlar” qələbə qazanan tərəf olub – 1:0.
 
Digər finalçı “Liverpul”la “Arsenal” arasında keçiriləcək qarşılaşmalardan sonra bəlli olacaq. Bu komandalar arasındakı ilk görüş yanvarın 13-də “Liverpul”un meydanında baş tutacaq. Cavab görüşü isə ayın 20-də “Arsenal”ın stadionunda keçiriləcək.
 
İngiltərə Liqa Kuboku
Yarımfinal
 
Tottenhem – Çelsi 0:1
Qol: Rudiger, 18.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin