Almaniya millisində 2021-ci ilin ən yaxşı futbolçusu bəlli olub.
Almaniya yığmasının və "Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix ötən ilin ən yaxşısı seçilib. O, azarkeşlər arasında keçirilən səsvermədə 1-ci (33.8 faiz) olub.
"Çelsi"dən Kay Haverts (22,7 faiz) 2-ci, "Bavariya"dan Leroy Sane (13,6 faiz) 3-cü olub.
Qeyd edək ki, 2020-ci ildə "Bavariya"nın qapıçısı Manuel Noyer ən yaxşı oyunçu adına sahib çıxıb.