"Qəbələ"nin yeni transferi koronavirusa yoluxub

15:03 14 Yanvar 2022

“Qəbələ” klubunun yeni transferi Patrik Robson de Souza Monteyro koronavirusa yoluxub.

Sportarena.az xəbər verir ki, bu barədə “Qəbələ”nin baş meneceri Nail Kərimov jurnalistlərə açıqlamasında deyib.

Kərimov, 24 yaşlı braziliyalı hücumçunun testinin pozitiv çıxdığını bildirib. Klub rəsmisi bildirib ki, Monteyro Türkiyənin Antalya şəhərindəki toplanışa koronavirusa yoluxması səbəbindən gec qoşulacaq.

​Yanvarın 15-də Antalyaya yollanacaq “Qəbələ” yanvarın 25-dək orada hazırlıq keçəcək. Qəbələ komandası yanvarın 18-də “Zaqlembe” (Polşa), yanvarın 21-də “Borets” (Şimali Makedoniya) və yanvarın 24-də “Bohemians” (Çexiya) ilə üz-üzə gələcək. 


Digər xəbərlər

Xəbər xətti