“Arsenal”ın və Qabon millisinin hücumçusu Pyer-Emerik Obameyanqın ürəyində problem yaranıb.
Bu barədə Qabon Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 33 yaşlı hücumçu bir müddət öncə koronavirusa yoluxub. Ona görə də kapitan Afrika Millətlər Kubokunda komandasına kömək edə bilmir. Müayinələr nəticəsində onun ürəyində də problemlər yarandığı üzə çıxıb.
Obameyanqın testi yanvarın 6-da müsbət çıxıb.
Xatırladaq ki, “Bavariya”nın üzvü Alfonso Deyvis də oxşar problemlə üzləşib. Münhen təmsilçisi futbolçunun koronavirusa yoluxduqdan sonra ürəyində problem yarandığını açıqlayıb.