İngiltərə çempionatı: “Lids” səfərdə, “Liverpul” evdə qalib gəldi

00:23 17 Yanvar 2022

Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilib. Daha iki qarşılaşma baş tutub.
 
Beş qolun qeydə alındığı “Vest Hem” – “Lids” matçında qonaqlar qələbəyə seviniblər. “Liverpul” isə doğma meydanda “Brentford”la qarşılaşıb. Meydan sahibləri bu oyunda darmadağınla qalib gəliblər.
 
Bu tur keçirilməli olan “Bernli” – “Lester Siti” və “Tottenhem” – “Arsenal” matçları təxirə salınıb. Buna “Bernli” və “Arsenal”ın əksər futbolçusunun koronavirusa yoluxması səbəb göstərilib.
 
İngiltərə Premyer Liqası
22-ci tur
 
16 yanvar
 
Vest Hem – Lids 2:3
Qol: Bouen, 34. Fornals, 52 – Harrison, 10; 37; 60.
 
Liverpul – Brentford 3:0
Qol: Fabinyo, 44. Oksleyd-Çemberlayn, 69. Minamino, 77.


Digər xəbərlər

Xəbər xətti