Vüsal İsgəndərli oynadı, komandası bərabərə qaldı

00:35 17 Yanvar 2022

Türkiyə 1-ci liqasında 21-ci turun oyunları keçirilir.

Sportarena.az xəbər verir ki, Vüsal İsgəndərlinin çıxış etdiyi “Keçiörengücü” bu turda doğma meydanda  “Eyüpspor"la qarşılaşıb.

Matç qolsuz bərabərliklə başa çatıb.

İsgəndərli 54-cü dəqiqədə meydana daxil olub.

Hazırda 23 xalı olan “Keçiörengücü” turnir cədvəlində 19 komanda arasında 14-cü pillədədir.


Digər xəbərlər

Xəbər xətti