Türkiyə çempionatı: "Qalatasaray" səfərdə məğlub oldu

01:00 17 Yanvar 2022

Futbol üzrə Türkiyə Super Liqasında 21-ci tura yekun vurulub. Sonuncu oyun günündə üç qarşılaşma baş tutub.
 
“Altay” doğma meydanda “Alanyaspor”a, “Girəsunspor” isə “Kasımpaşa”ya məğlub olub.
 
Baş məşqçi Fatih Terimlə yollarını ayıran və bu posta Domenek Torreni gətirən “Qalatasaray” bu turda “Hatayspor”un müqavimətini qırmağa çalışıb. Altı qolun qeydə alındığı oyun İstanbul təmsilçisinin məğlubiyyəti ilə başa çatıb.
 
Bu tur keçirilməli olan “Başakşəhər” – “Konyaspor” matçı qonaq komandanın futbolçusu Ahmet Çalıkın bir neçə gün əvvəl vəfat etməsi ilə əlaqədar təxirə salınıb.
 
Türkiyə Super Liqası
21-ci tur
 
16 yanvar
 
Altay – Alanyaspor 0:2
Qol: E.Akbaba, 26. O.Aydın, 81.
 
Girəsunspor – Kasımpaşa 0:2
Qol: Ben Uanes, 12. Haderqyonay, 65-pen.
 
Hatayspor – Qalatasaray 4:2
Qol: M.Diuf, 43-pen. M.Kamara, 62. Lobjanidze, 79; 90+1 – E.Kılınc, 23. K.Aktürkoğlu, 45+8.


Digər xəbərlər

Xəbər xətti