Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Sumqayıt" növbəti yoxlama oyununu keçirib.
Sportarena.az xəbər verir ki, komanda Almaniyanın "Berliner AK" klubu ilə qarşılaşıb. "Sumqayıt" 2:5 hesabı ilə uduzub. "Gənclik şəhəri" təmsilçisinin qollarını 36-cı dəqiqədə Tellur Mütəllimov və 77-ci dəqiqədə Murad Xaçayev vurublar.
Qeyd edək ki, "Sumqayıt" ilk yoxlama matçında Polşa “Yagelloniya”sı ilə qolsuz bərabərə qalıb.