Superliqada qara görə oyun təxirə salındı

11:33 20 Yanvar 2022

Türkiyə Super Liqasının 22-ci turunun daha bir oyunu təxirə salınıb.

Sportarena.az xəbər verir ki, "Rizəspor" - "Antalyaspor" görüşü də əlverişsiz hava şəraiti səbəbindən yarımçıq dayandırılıb. 

Buna səbəb isə güclü qar olub. 23-cü dəqiqədə güclənən qardan sonra görüşün baş hakimi matçın davam etməsinə icazə verməyib. Matçın sabah 17:00-da qaldığı dəqiqədən davam etdiriləcəyi ehtimal edilir.

Bir gün əvvəl “Qaziantep” - “Yeni Malatyaspor” matçı da qar səbəbindən yarıda qalmışdı. Matçın bir gün sonra davam etdirilməsi ehtimal edilsə də, güclü qar buna da imkan verməyib. Həmin oyunun nə zaman keçiriləcəyi dəqiq deyil.


Digər xəbərlər

Xəbər xətti