Koronavirusa yoluxmuş millimizin üzvü sağaldı

15:02 20 Yanvar 2022

Yanvarın 16-da Belçikada COVİD-19 testi pozitiv nəticələnən futzal üzrə Azərbaycan millisinin üzvü Eduardo Borges dünən növbəti dəfə test verib.

Sportarena.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki,  müdafiəçinin testi bu dəfə neqativ olub.

Borges bu gün Belçikadan Niderlanda yollanaraq komandaya qosulub. Bir gün əvvəl heyətə cəlb edilən Hadi Ahmadi də artıq millinin Qroningendəki düşərgəsindədir.

Avropa çempionatının D qrupunda qərarlaşan millimiz yanvarın 22-də Gürcüstan, 26-da İspaniya, 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq. Turnir Niderlandda keçirilir.


Xəbər xətti