İtaliyanın “Cenoa” klubunda baş məşqçi təyinatı gerçəkləşib. A Seriyası təmsilçisinin “sükan”ı Aleksander Blessinə tapşırılıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Blessinlə müddəti 2024-cü ilin yayına qədər olan müqavilə imzalanıb.
Alman mütəxəssis bu vəzifədə bir müddət əvvəl istefaya göndərilən Andrey Şevçenkonu əvəzləyib.