“Neftçi”nin Antalyada təlim-məşq toplanışında sonuncu yoxlama görüşü üçün rəqibi müəyyənləşib.
Sportarena.az xəbər verir ki, Azərbaycan çempionu Polşanın “Qurnik” klubu ilə qarşılaşacaq. Bu barədə Leçna təmsilçisinin idman direktoru Veljko Nikitoviç Polşa mətbuatına açıqlamasında məlumat verib.
O bildirib ki, yanvarın 24-də “Neftçi” ilə üz-üzə gələcəklər: “Yanvarın 24-də qarşılaşacağımız ikinci sparrinqin təsdiqini almışıq. Rəqib Azərbaycanın digər təmsilçisi “Neftçi” olacaq. Futbola marağı olan insanlar bilirlər ki, onlar çox yaxşı komandadır”.(qol.az)