FIFA futbolçu transferləri ilə bağlı yeni qaydaları təsdiqləyib.
Sportarena.az xəbər verir ki, qaydalar 2024-cü ildən qüvvəyə minəcək. Bundan sonra klublar transfer pəncərəsi zamanı maksimum 6 futbolçunu icarə əsasında heyətinə cəlb edə biləcək və eyni sayda oyunçunu icarəyə göndərəcək.
Bu qayda klubların akademiyasından yetişən və 21 yaşı tamam olmayan futbolçulara şamil edilməyəcək.