“Barselona”nın sabiq üzvü karyerasını bitirdi

08:10 23 Yanvar 2022

Belçika milli komandasının sabiq futbolçusu Tomas Vermalen karyerasını bitirib. Bu barədə 36 yaşlı müdafiəçi özü açıqlama verib. 
 
Vermalen karyerasını bitirdiyini və Belçika yığmasında məşqçi kimi çalışacağını söyləyib.
 
Son olaraq “Vissel Kobe”də (Yaponiya) çıxış edən Tomas daha əvvəl “Barselona”, “Roma”, “Arsenal”, “Ayaks” kimi klubların uğurları üçün çalışıb.
 
Vermalen Belçika yığmasında 85 matça çıxıb.


Digər xəbərlər

Xəbər xətti