Türkiyə Superliqasında 23-cü tura start verilib.
Sportarena.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma keçirilib. Səfərdə “Yeni Malatyaspor”la qarşılaşan “Beşiktaş” turu xal itkisi ilə başa vurub. “Fənərbaxça” da “Sivasspor”la səfər oyunundan 1 xalla ayrılıb. “Başakşəhər” isə bu dəfə doğma meydanda “Göztəpə”yə məğlub olub. “Adana Dəmirspor” isə “Fatih Karagümrük”lə ev oyununda 5 cavabsız qola sevinib.
Türkiyə Superliqası
23-cü tur
22 yanvar 
                       
                                               
 
                
                              
"Yeni Malatyaspor" – "Beşiktaş" - 1:1
Qollar: A.Büyük, 84-pen – A.Teyşeyra, 62. 
                       
                                               
 
                
                              
"Adana Dəmirspor" – "Fatih Karagümrük" - 5:0
Qollar: Assombalonqa, 36; 67. Y.Akgün, 59; 90. Balotelli, 83. 
                       
                                               
 
                
                              
"Sivasspor" – "Fənərbaxça" - 1:1
Qollar: P.Enrike, 74 – Zayç, 18. 
                       
                                               
 
                
                              
"Başakşəhər" – "Göztəpə" - 1:2
Qollar: Aleksiç, 90+5 – Ndiaye, 38. Akbunar, 87. 
                       
                                               
 
                
                              
 
                       
                                            
 
