“Qalatasaray”da ayrılıq

11:33 23 Yanvar 2022

Türkiyənin “Qalatasaray” klubu icarə əsasında komandada çıxış edən Qustavo Enrike (Qustavo Assunçao) ilə yollarını ayırıb. Bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu “Famalikan” klubuna qayıdacaq.
 
2021-ci ilin sentyabrında “Qalatasaray”a keçən Qustavo İstanbul təmsilçisi ilə cəmi 2 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti