Rusiya "Zenit"inin futbolçusu Sərdar Azmun 2022/2023 mövsümündən Almaniyanın "Bayer" klubunda çıxış edəcək.
Sportarena.az Leverkuzen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. İranlı forvard Bundesliqa təmsilçisinə "Zenit"lə sözləşməsi bitdikdən sonra keçəcək.
Qeyd edək ki, Azmun 2019-cu ilin yanvarından "Zenit"də çıxış edir. İran millisinin üzvü cari mövsümdə "Zentin"in heyətində meydana çıxdığı 21 oyunda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.