Mbappenin qardaşı avtomobil qəzası keçirdi

14:44 23 Yanvar 2022

PSJ-nin hücumçusu Kilian Mbappenin kiçik qardaşı Etan Mbappe avtomobil qəzası keçirib. Bu barədə Fransa mətbuatı məlumat yayıb.
 
Etanın olduğu “Range Rover” markalı avtomobil sərxoş sürücü tərəfindən idarə olunan “Audi” ilə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb. 15 yaşlı oyunçu “Range Rover”in sürücüsü ilə birlikdə müayinə üçün xəstəxanaya gedib.
 
Etan PSJ-nin akademiyasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti