Türkiyə çempionatı: "Qalatasaray" "Trabzonspor"a məğlub oldu

01:00 24 Yanvar 2022

Türkiyə Superliqasında 23-cü tura yekun vurulub.

Sonuncu oyun günündə altı qarşılaşma keçirilib.

“Antalyaspor” – “Qaziantep” və “Hatayspor” – “Rizəspor” matçlarında qapılara qol vurulmayıb. “Kasımpaşa” “Kayserispor”la ev oyunundan, “Alanyaspor” isə “Girəsunspor”la səfər matçından inamlı qələbə ilə ayrılıb.Turnir cədvəlinin ikinci pilləsində qərarlaşmış “Konyaspor” səfərdə “Altay”ı minimal hesabla üstələyib. Turun mərkəzi görüşü İstanbulda keçirilib. Lider “Trabzonspor” son turlarda uğursuz çıxış edən “Qalatasaray”ın qonağı olub. Üç qolun qeydə alındığı matç trabzonluların əzmkar qələbəsiylə yekunlaşıb.

Türkiyə Super Liqası

23-cü tur

23 yanvar

"Antalyaspor" – "Qaziantep" - 0:0

"Kasımpaşa" – "Kayserispor" - 3:1

Qollar: K.Subaşı, 15-öz qapısına. U.Bozok, 39. A.Engin, 52 – Qavranoviç, 12.

"Hatayspor" – "Rizəspor" - 0:0

"Girəsunspor" – "Alanyaspor" - 1:3

Qollar: U.Nayir, 41 – Davidson, 5. E.Akbaba, 6; 90+7.

"Altay" – "Konyaspor" - 0:1

Qollar: Koka, 68-pen.

Qalatasaray – Trabzonspor 1:2

Qol: Çikaldau, 31-pen – Bakasetas, 84. Vişça, 90.


Digər xəbərlər

Xəbər xətti