AFFA-nın prezidenti Rövnəq Abdullayev "Avro-2020"dən danışdı

10:45 2 Fevral 2022

"Bu gün konfransımız əlamətdar günə təsadüf edir".

Bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən Hesabat Konfransında deyib.

O, 2 fevral Gənclər günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

R.Abdullayev 2021-ci ilin pandemiyaya rəğmən, planlaşdırıldığı kimi keçdiyini bildirib. Assosiasiya rəhbəri Bakıda 4 oyunu keçirilmiş Avro-2020-ni xüsusi vurğulayıb: "Bütün mərhələlərdə bizə dəstək verən dövlətimizə, o cümlədən Prezident İlham Əliyevə bütün futbol ictimaiyyəti adından təşəkkür edirəm. Bu, dövlətimizin böyük uğurudur".


Digər xəbərlər

Xəbər xətti