DÇ-2022-yə vəsiqə qazanan 15-ci komanda bəlli oldu

15:04 2 Fevral 2022

2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında iştirak edəcək daha bir komandanın adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, Cənubi Koreya milli komandasıdır. Paulo Bentonun yetirmələri Asiya zonası üzrə seçmə mərhələnin qrup mərhələsini lider bitirib və mundiala vəsiqə qazanıb.

 

Cənubi Koreya yığması DÇ-2022-yə iştirak hüququ əldə edən 15-ci komanda olub.

 

Mundiala daha əvvəl ev sahibi Qətərlə yanaşı, Almaniya, İngiltərə, Braziliya, Argentina, Fransa, Belçika, Xorvatiya, İspaniya, Serbiya, İsveçrə, Niderland, İran və Danimarka vəsiqə əldə edib.


Digər xəbərlər

Xəbər xətti