Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin “Legiya”dan "Dinamo"ya (Zaqreb, Xorvatiya) transferinin qiyməti məlum olub.
Bu barədə Polşa mətbuatı açıqlama yayıb. Bildirilib ki, 25 yaşlı hücumçunun keçidi "Dinamo"ya 1 milyon avroya başa gəlib.
"Legiya" 2021-ci ildə heyətinə qatdığı Lirim Kastrati üçün "Dinamo"ya borclu olub. Varşava təmsilçisi həmin ödənişin edilməməsi qarşılığında azərbaycanlı futbolçu ilə sözləşməyə xitam verib.
Qeyd edək ki, Mahir ötən ilin yayından “Legiya"da oynayırdı.