UEFA Konfrasn Liqasının pley-off mərhələsində "Qarabağ"la Bakıda keçiriləcək matçı "Marsel" üçün təhlükəli səfər adlandırıb.
Avropanın ali futbol qurumu bu barədə Konfrans Liqasının pley-off oyunlarına həsr olunmuş yazıda bildirib. Yazıda qeyd olunub: "Marsel" Konfrans Liqasının qrupunda İsveçrə "Bazel"indən sonra ikinci yeri tutan, lakin Kipr "Omoniya"sı və Qazaxıstan "Kayrat"ını xeyli qabaqlayan "Qarabağ"a çağırış edir. Xorxe Sampaolinin baş məşqçi olduğu komanda Avropanın digər ucuna təhlükəli səfərdən əvvəl qış fasiləsi səbəbindən fevralın əvvəlinədək matç keçirməyən komandaya qarşı "Velodrom"da ilk oyununa çıxacaq".
Qeyd edək ki, "Qarabağ" "Marsel" ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək.