Azərbaycan kubokunda 1/4 finalın cavab oyunlarının vaxtı müəyyənləşdi

15:15 3 Fevral 2022

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının vaxtı açıqlanıb.

Sportarena.az xəbər verir ki, görüşlər 11, 12, 13 fevral tarixlərində keçiriləcək.

Ölkəmizi Avropa Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Keşlə”yə qarşı səfər oyununun vaxtının 1 gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etmişdi. Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu 12 fevral tarixindən 11 fevral tarixinə keçirib.

11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”

12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)

18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu


Digər xəbərlər

Xəbər xətti