"Keşlə" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Paytaxt təmsilçisi britaniyalı yarımmüdafiəçi Natan Oduva ilə müqavilə imzalayıb. 26 yaşlı hücumameylli yarımmüdafiəçinin sözləşməsi mövsümün sonunadək nəzərdə tutulub.
Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda çıxış edib.